Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşıb

10:02 - 26 / 07 / 2023
Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

1news.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,59 ABŞ dolları və ya 0,68% artaraq, 86,88 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

Paylaş:
430

Son xəbərlər

Bütün xəbərlər