Ötən ay 173 kq-dan çox narkоtik vasitə qanunsuz dövriyyədən çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən ay 173 kq-dan çox narkоtik vasitə qanunsuz dövriyyədən çıxarılıb

11:18 - 01 / 08 / 2023
Ötən ay 173 kq-dan çox narkоtik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 173 kiloqram 528 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 9088 ədəd həb aşkarlanaraq dövriyədən çıxarılıb.

Bu barədə 1news.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata kеçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 2 milyon 874 min 42 manat оlan qaçaqmal, о cümlədən narkotik vasitə, pnevmatik tapança, patron, dərman preparatları və tütün məmulatları saxlanılıb.

Paylaş:
407

Son xəbərlər

Bütün xəbərlər