Avropada təbii qaz yenidən bahalaşır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avropada təbii qaz yenidən bahalaşır

11:39 - 02 / 08 / 2023
Avropada təbii qaz yenidən bahalaşır

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 313 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

1news.az xəbər verir ki, 2 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 312,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (308,5 dollar) ilə müqayisədə 1,4% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Paylaş:
271

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər