Avropada təbii qazın qiyməti aşağı düşdü | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avropada təbii qazın qiyməti aşağı düşdü

10:48 - 11 / 08 / 2023
Avropada təbii qazın qiyməti aşağı düşdü

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 430 ABŞ dollarından aşağı enib.

1news.az xəbər verir ki, 10 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 427,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (452,9 dollar) ilə müqayisədə 5,6% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Paylaş:
482

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər