Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib

17:51 - 23 / 08 / 2023
Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib

Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Gürcüstan istiqamətindən Azərbaycan Respublikası ərazisinə daxil olan yük nəqliyyat vasitəsinə “Mazımqara” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) 1news.az-a bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən müxtəlif markalı 2800 ədəd siqaret aşkar edilib.Faktla bağlı araşdırma aparılır.

Paylaş:
379

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər