Qubanın yeni icra başçısı kollektivə təqdim olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubanın yeni icra başçısı kollektivə təqdim olunub

Qafar Ağayev11:20 - 01 / 09 / 2023
Qubanın yeni icra başçısı kollektivə təqdim olunub

Quba Rayon İcra Hakimiyyətinin yeni başçısı İlqar Mahmudov kollektivə təqdim olunub.

1news.az xəbər verir ki, onu kollektivə Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri də iştirak edib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. İ.Mahmudov ona göstərilən etimada görə minnətdarlıq edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin avqustun 31-də imzaladığı sərəncamla İlqar Akif oğlu Mahmudov Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Paylaş:
259

Son xəbərlər

Bütün xəbərlər