Avropada qazın qiyməti yenidən 400 dolları ötüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avropada qazın qiyməti yenidən 400 dolları ötüb

13:12 - 11 / 09 / 2023
Avropada qazın qiyməti yenidən 400 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 400 ABŞ dollarını ötüb.

1news.az xəbər verir ki, 11 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 403,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (381,8 dollar) ilə müqayisədə 5,8% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Paylaş:
313

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər