Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələrinin Qarabağda qanunsuz mövcudluğu regional sülh və təhlükəsizliyə ciddi problem idi | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələrinin Qarabağda qanunsuz mövcudluğu regional sülh və təhlükəsizliyə ciddi problem idi

12:32 - 21 / 09 / 2023
Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələrinin Qarabağda qanunsuz mövcudluğu regional sülh və təhlükəsizliyə ciddi problem idi

“Ermənistan silahlı qüvvələrinin Qarabağda qeyri-qanuni mövcudluğu regional sülh və təhlükəsizliyə ciddi problem idi”.

1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “BBC News”a müsahibəsində deyib.

“Azərbaycan həmişə bildirib ki, qeyri-qanuni hərbi birləşmələrin Azərbaycan ərazisindəki mövcudluğu regional sülh və təhlükəsizliyin təmin edilməsinə böyük problemlər yaratmağa davam edir. Lakin buna baxmayaraq, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda yer alan "Azərbaycan ərazisindəki silahlı erməni birləşmələrinin çıxarılmalıdır" öhdəliyini icra etməkdən boyun qaçırıb”, - o vurğulayıb.

H.Hacıyev qeyd edib ki, Azərbaycan lokal antiterror tədbirləri görməyə məcbur qaldı: “Ermənistan Azərbaycan ərazisində hərbi quruculuğunu davam etdirirdi və biz 10 min hərbçinin Azərbaycanın suveren ərazisində olmasından danışırıq. Bundan başqa, 100 tank elementi, 200 artilleriya hissəsi və raket mövcuddur. Azərbaycan dəfələrlə bunlarla bağlı çağırışlar edib, ancaq təəssüf ki, onlar Azərbaycanın çağırışlarına diqqət yetirməyiblər. Buna görə də Azərbaycan ərazisində lokal antiterror tədbirləri görməyə məcbur qaldı. Başqa seçim yox idi. Bu tədbir lokal və məhdud xarakter daşıyırdı. Biz genişmiqyaslı hərbi əməliyyatdan qətiyyən danışmırıq”.

Prezident köməkçisi onu da söyləyib ki, Azərbaycan heç bir halda mülki şəxsləri hədəf almayıb: “Ancaq azərbaycanlı mülki şəxslər və polis əməkdaşları Ermənistanın Azərbaycanın Qarabağ regionundakı qanunsuz hərbi birləşmələrin təxribatçı qrupları tərəfindən basdırılmış mina qurbanı oldular”.

Paylaş:
282

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər