Azərbaycanın XİN başçısı BMT-nin Baş katibi ilə görüşəcək
BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibi Antoniu Quterreşlə görüşəcək.
1news.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ bürosuna BMT Baş katibinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, sabah baş tutacaq görüşdə BMT və Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri və regional məsələlər, eləcə də Azərbaycan-Ermənistan münasibətlərin müzakirəsi nəzərdə tutulub.
305