Akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd ediləcək | 1news.az | Xəbərlər
Rəsmi

Akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd ediləcək

13:08 - 28 / 09 / 2023
Akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd ediləcək

Akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd ediləcək.

1news.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

2023-cü ilin dekabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadovun anadan olmasının 100 ili tamam olur.

Akademik Ziya Bünyadov zəngin elmi yaradıcılıq yolu keçmiş, respublikamızda şərqşünaslıq və tarix elmlərinin yeni mərhələyə yüksəlməsinə, ümumən, elmin təşkili işinə böyük əmək sərf etmişdir. Geniş erudisiyalı alim mənbəşünaslıq və orta əsrlər dövrü üzrə professional hazırlığa malik mütəxəssislərdən ibarət elmi məktəb formalaşdırmışdır. Ziya Bünyadovun fundamental araşdırmalarında orta əsr müsəlman Şərqi dövlətlərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı dərin təhlillər əsasında dolğun əksini tapmışdır. İlk dəfə onun elmi ictimaiyyətə çatdırdığı və dilimizə mükəmməl surətdə çevirərək əhatəli müqəddimə və şərhlərlə nəşr etdirdiyi bir çox nadir mənbələr bu gün də davamlı istinad olunan ən mötəbər qaynaqlar sırasındadır. Ziya Bünyadov Azərbaycan xalqının tarixinin saxtalaşdırılması cəhdlərinə qarşı daim ardıcıl və qətiyyətli mübarizə aparmış, taleyüklü milli məsələlərə münasibətdə hər zaman vətənpərvər ziyalı mövqeyi ilə seçilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə tarix elminin inkişafına dəyərli töhfələr vermiş akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Paylaş:
301

Son xəbərlər

Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20
Bütün xəbərlər