Ceyhun Bayramov özbəkistanlı həmkarına başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov özbəkistanlı həmkarına başsağlığı verib

Aynurə Xudaverdiyeva13:28 - 28 / 09 / 2023
Ceyhun Bayramov özbəkistanlı həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.

XİN-dən 1news.az-a bildirilib ki, nazir Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daşkənd şəhərində beynəlxalq hava limanı yaxınlığında baş vermiş partlayış ilə əlaqədar qardaş Özbəkistan dövləti və xalqına öz başsağlığını çatdırıb, partlayış nəticəsində yaralananlara şəfa arzu edib.

Telefon danışığı zamanı həmçinin iki ölkə arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə mövcud regional vəziyyət müzakirə olunub.

Nazir Baxtiyor Saidov, başsağlığı və dəstək mesajına görə təşəkkür edərək, bu dəstəyin ölkələrimiz arasındakı dostluq, qardaşlıq və həmrəyliyə əsaslanan münasibətlərin daha bir göstəricisi olduğunu diqqətə çatdırıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
233

Son xəbərlər

DİM dekabrın 10-da doktorantlar üçün imtahan keçirəcəkBu gün, 09:50BŞTİ məlumat yaydı: “Hazırda Bakı məktəblərində tədris prosesi davam edir”Bu gün, 09:50“Zəlzələ ilə bağlı təcili tibbi yardıma heç bir müraciət daxil olmayıb”Bu gün, 09:46Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 09:36Polis gücləndirilmiş iş rejiminə keçdiBu gün, 09:27Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:24Bakı şəhər Dövlət Yol Polisi İdarəsi zəlzələ ilə bağlı sürücülərə müraciət etdiBu gün, 09:21Azərbaycan neftinin qiyməti 79 dollara düşübBu gün, 09:19İlham Əliyev Ermənistana xəbərdalıq edibBu gün, 09:14Azərbaycanda 5,6 maqnitudada zəlzələ olub - YENİLƏNİBBu gün, 09:06FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıbBu gün, 09:04Zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyibBu gün, 09:02Zəlzələdən sonra dəmiryol xətlərində qatarların sürəti aşağı endirilibBu gün, 08:49Azərbaycanlı deputat AŞPA–nın uşaqlar üzrə baş məruzəçisi seçilib06 / 12 / 2023, 17:51ETX “Android” telefon istifadə edənlərə xəbərdarlıq edib06 / 12 / 2023, 17:48Füzulinin işğaldan azad edilmiş iki kəndi qazlaşdırılır06 / 12 / 2023, 17:39Yağış intensiv olacaq - XƏBƏRDARLIQ06 / 12 / 2023, 17:36“Time” jurnalı 2023-cü il üçün “İlin Adamı”nı elan edib06 / 12 / 2023, 17:21Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib06 / 12 / 2023, 17:15İki gün əvvəl qəza nəticəsində yararsız vəziyyətə düşən svetofor yeniləndi - FOTO06 / 12 / 2023, 17:03
Bütün xəbərlər

Next TV