Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib

Aynurə Xudaverdiyeva12:42 - 02 / 10 / 2023
Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib

Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib.

1news.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, sazişin məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığı təşviq etmək və möhkəmləndirmək, eləcə də Tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki çərçivəni təmin etməkdir.

Sənəddə qeyd edilib ki, tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər:

- hərbi təhsil, treninq və təlimlər;

- müdafiə və təhlükəsizlik siyasəti;

- sülhməramlı və humanitar əməliyyatlar;

- NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq;

- silahlara nəzarət və tərk-silah;

- hərbi qanunvericilik;

- maddi-texniki təminat;

- mülki-hərbi əməkdaşlıq;

- müdafiə sahəsində kibertəhlükəsizlik;

- hərbi xəritəçilik;

- hərbi tibbi xidmətlər;

- sosial, idman və mədəni tədbirlər;

- humanitar minatəmizləmə;

- qarşılıqlı maraq kəsb edən digər sahələri.
Tərəflər arasında əməkdaşlıq aşağıdakı formalarda həyata keçiriləcək:

- rəsmi səfərlər və işçi görüşləri;

- ikitərəfli danışıqlar, məsləhətləşmələr və təcrübə mübadiləsi;

- treninq və təlim tədbirlərində iştirak;

- qarşılıqlı maraq kəsb edən məlumatın mübadiləsi;

- konfrans və seminarlarda iştirak;

- mədəni və idman tədbirlərində iştirak;

- birgə razılaşdırılmış digər əməkdaşlıq formaları.

Sazişin həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar Azərbaycan Respublikası Hökuməti adından Müdafiə Nazirliyi və Gürcüstan Hökuməti adından Müdafiə Nazirliyidir. Tərəflərin səlahiyyətli orqanları Sazişin həyata keçirilməsi məqsədilə əlavə razılaşmalar və illik əməkdaşlıq planlarını imzalaya bilərlər. Səlahiyyətli orqanlarla bağlı hər hansı dəyişiklik tərəflər tərəfindən diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildirilməlidir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Paylaş:
176

Son xəbərlər

Deputat: “Növbədənkənar Prezident seçkiləri ilə bağlı qərarın verilməsi yerində atılmış bir addımdır”Bu gün, 14:14Şuşada mina partlayıb, xəsarət alan var - YENİLƏNİBBu gün, 14:11YAP fəalları ilə görüş keçirilmişdir - FOTOBu gün, 14:02Horadizdə traktorun minaya düşməsi ilə bağlı araşdırma aparılırBu gün, 13:46Prezident seçkiləri ilə əlaqədar gələn il fevralın 7-si qeyri-iş günü olacaqBu gün, 13:27“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində Gənclər konfransıBu gün, 13:12Qurban Yetirmişli zəlzələ ilə bağlı əhaliyə çağırış edibBu gün, 12:52FHN əməkdaşları zəlzələdən sonra ərazilərə baxış keçirib, dağıntılara rast gəlinməyibBu gün, 12:51Apple Pay TuranBank-da – ilk ödənişdə 5 AZN keşbek!Bu gün, 12:45Pirallahı Sənaye Parkında dərman vasitələrinin istehsalı zavodunun təməli qoyulubBu gün, 12:44Sabah hava necə olacaq?Bu gün, 12:26Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - SƏRƏNCAMBu gün, 12:05“ASG Business Aviation” təyyarə bələdçisi vəzifəsinə xanım namizədlərin işə qəbulunu elan edirBu gün, 11:50ADY: “Zəlzələdən sonra qatarların hərəkəti qrafik üzrə tam bərpa olunub” - YENİLƏNİBBu gün, 11:34Qara kürü: Əsl Xəzər kürüsünü saxta Çin kürüsündən fərqləndirməyin yolları - FOTOBu gün, 11:32Horadizdə əkin işləri aparan traktor minaya düşüb, xəsarət alan varBu gün, 11:09Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:07Zəlzələ ilə bağlı “103” xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb - TƏBİBBu gün, 11:03AzMİU “Elmi Əməkdaşlıq” Beynəlxalq Araşdırmalar Mərkəzinin üç nominasiya üzrə qalibi olduBu gün, 10:45Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi keçirilirBu gün, 10:39
Bütün xəbərlər

Next TV