Azərbaycan səfiri etimadnaməsini Türkmənistan Prezidentinə təqdim edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan səfiri etimadnaməsini Türkmənistan Prezidentinə təqdim edib - FOTO

08:36 - 05 / 10 / 2023
Azərbaycan səfiri etimadnaməsini Türkmənistan Prezidentinə təqdim edib - FOTO

Azərbaycanın Türkmənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov etimadnaməsini Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova təqdim edib.

Azərbaycanın Türkmənistandakı səfirliyindən 1news.az-a verilən məlumata görə, qəbul zamanı Prezident Sərdar Berdiməhəmmədov yeni təyinatı ilə bağlı səfir Qismət Gözəlovu təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Qismət Gözəov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova çatdırıb. Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirib və Azərbaycanın dövlət başçısına öz salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan Respublikası və Türkmənistan arasında mövcud olan strateji münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, ikitərəfli qardaşlıq əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi perspektivləri vurğulanıb. Siyasi, iqtisadi-ticari, nəqliyyat, energetika, mədəni-humanitar sahələrdə fəal qarşılıqlı fəaliyyətin həyata keçirildiyi qeyd olunub.

Səfir Qismət Gözəlov ikitərəfli münasibətlərin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və bütün sahələr üzrə strateji tərəfdaşlığımızın ruhuna uyğun olaraq əməkdaşlığın inkişafı istiqamətində müvafiq addımların atılacağını qeyd edib.

Görüşdə Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli dialoqun əhəmiyyəti vurğulanıb, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
373

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər