Bakı metrosunda əlil arabaları üçün 2 yeni texniki qurğu istifadəyə verilib - FOTO - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosunda əlil arabaları üçün 2 yeni texniki qurğu istifadəyə verilib - FOTO - VİDEO - YENİLƏNİB

Qafar Ağayev14:38 - 29 / 11 / 2023
Bakı metrosunda əlil arabaları üçün 2 yeni texniki qurğu istifadəyə verilib - FOTO - VİDEO - YENİLƏNİB

Bakı metropolitenində “Əlçatan metro” layihəsi çərçivəsində əlil arabası istifadəçilərinin rahatlığına xidmət edəcək daha iki yeni tipli qurğu istifadəyə verilib.

1news.az xəbər verir ki, TEMI qurğusu əlil arabalarının eskalatorlarda istifadəsi üçün nəzərdə tutulub. Sankt-Peterburq metrosunda istismar olunan bu qurğu modernləşdirilərək yenidən hazırlanıb. Sənaye təhlükəsizliyi ekspertizasının müvafiq rəyindən sonra metro eskalatorlarında istifadə üçün təhlükəsiz və uyğun hesab edilib. Qurğu Rusiya Nəqliyyat Nazirliyi tərəfindən dövlət satınalmaları üçün rəsmi tövsiyə olunur və innovativ texnologiyaların siyahısına daxil edilib. Avadanlığın istehsalında hidravlik və elektromexaniki sistemlərdən istifadə olunmayıb. Bu texniki vasitənin Bakı metropolitenində aparılan sınaqlar əsasında ən nəzərə çarpan keyfiyyətləri sırasında təhlükəsizlik və etibarlılığı qeyd oluna bilər.

***

saat 12:05

Avadanlığın öz çəkisi 45 kq-dır. Lakin sərnişinlə birlikdə çəkisi 115 kq-dək olan əlil arabaları və digər daşıma qurğularının istifadəsi üçün nəzərdə tutulub. Qurğunun müxtəlif növ əlil arabaları üçün tənzimlənən pandusları, xüsusi bərkitmə elementləri, əlavə təhlükəsizlik platforma avtoblokatoru, təhlükəsizlik kəməri, işıq xəbərdaredici siqnal göstəricisi, habelə cihazı qaranlıqda nəzərə çarpacaq edən lüminesent örtüyü var.

"TEMI-001M" maşınının əsas üstünlükləri:

- əlil arabalarının müxtəlif modelləri ilə uyğunluq;

- eskalatoru dayandırmadan gəliş və gediş;

- eskalatorun təcili tormozlanması zamanı təhlükəsizlik;

- eskalator dayandıqda insanların keçidinin təmin edilməsi;

- qiyməti elektromexaniki analoqlardan bir neçə dəfə aşağıdır;

- təmir xərclərinin olmaması;

- dizayn sadəliyi;

- eskalatoru zədələməməsi.

Qeyd edək ki, hazırda Bakı metropolitenində məhdud hərəkət imkanı olan sərnişinlərin pilləkən və eskalatorlarda endirilib-qaldırılması üçün 1 ədəd T09 “Robe” və 5 ədəd “Dragon” qurğusundan istifadə olunur.

Yeni qurğunun texniki sınaqları uğurla aparılaraq, daşıma imkanları və funksionallığı müsbət dəyərləndirildiyindən gələcəkdə eskalatorlu stansiyalarda daha geniş tətbiqi nəzərdə tutulub.

Ümumiyyətlə, “Bakı Metropoliteni” QSC-nin “Əlçatan metro” layihəsi təkcə əlil arabası istifadəçilərini deyil, bu xidmət müxtəlif səbəbələrdən fiziki imkanları metrodan istifadəni məhdudlaşdıran bütün kateqoriyadan olan sərnişinləri də nəzərdə tutur.

• əsa və qoltuqaltı ağac ilə hərəkət edənlər;

• görmə və eşitmə qabiliyyəti məhdud olanlar;

• uşaq arabaları ilə hərəkət edənlər;

• ahıllar;

• əl yükü olan hamilə qadınlar.

Metropoliten hüdudlarında əlil arabası olmayanlar üçün də bu qurğular təklif olunur.

Sifariş müddəti 1-24 saatdır.

Sifariş zamanı mobil əlaqə və SMS üçün +994 50 268 00 65, Baku metro (https://play.google.com/store/apps/details?id=az.besmobile) mobil tətbiqindən istifadə edə bilərsiniz.

Paylaş:
843

Son xəbərlər

Bu gün Azərbaycanda COP29-a start verilirBu gün, 08:59Kamaləddin Qafarov: “Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsinə mühüm töhfələr verir”10 / 11 / 2024, 17:27Qarabağ şəhidlərinin xatirəsinə ithaf olunmuş “Atamın kölgəsində” filmi təqdim edilib - FOTO10 / 11 / 2024, 11:31Prime Cotton: Azərbaycanın pambıq sənayesində yeni ad - FOTO09 / 11 / 2024, 21:49Bakıda itkinlərlə bağlı beynəlxalq konfransın yekun bəyanatı BMT sənədi kimi yayıldı09 / 11 / 2024, 17:46Azərbaycan XİN Pakistana başsağlığı verdi09 / 11 / 2024, 17:34MM: “Global Witness” təşkilatı COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşıb09 / 11 / 2024, 17:06AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib - FOTO09 / 11 / 2024, 16:43Könül Nurullayeva: “COP29 uğurlu təcrübə kimi tarixə düşəcək”09 / 11 / 2024, 16:32Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib09 / 11 / 2024, 16:21COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilib09 / 11 / 2024, 16:08Ərdoğandan Bayraq Günü münasibəti ilə Azərbaycan xalqına TƏBRİK09 / 11 / 2024, 15:38Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib09 / 11 / 2024, 15:37Bakıda metropolitençi övladlarının rəsm sərgisi keçirilir09 / 11 / 2024, 15:14Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edilib09 / 11 / 2024, 15:03ADY fövqəladə hallara hazırlıqla bağlı növbəti təxliyə təlimi keçirib09 / 11 / 2024, 13:51Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib09 / 11 / 2024, 13:27İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir?09 / 11 / 2024, 13:16Sabah hava necə olacaq? - Proqnoz09 / 11 / 2024, 12:59İcma: Dövlət bayrağına ehtiramın ən ali ifadəsi ölkənin ərazi bütövlüyünün bərpasıdır09 / 11 / 2024, 12:33
Bütün xəbərlər