Azərbaycanın Qəzzaya ayırdığı yardımın məbləği açıqlandı | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Qəzzaya ayırdığı yardımın məbləği açıqlandı

15:46 - 28 / 12 / 2023
Azərbaycanın Qəzzaya ayırdığı yardımın məbləği açıqlandı

Azərbaycan Qəzzaya yardım üçün 2 milyon dollar vəsait ayırıb.

1news.az-ın xəbərinə görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan humanitar məsələlərə xüsusi diqqət göstərib: “Türkiyədəki zəlzələdə, eləcə də Ukraynaya göstərilən yardım Azərbaycanın humanitar siyasətinə nümunədir. Bununla yanaşı, Azərbaycan Qəzzaya yardım üçün 2 milyon dollar vəsait ayırıb. Bundan başqa, Afrikanın kiçik ada dövlətlərinə COVID-19 çərçivəsində iki qlobal çağırış elan edilib və Azərbaycan hər çağırışa 1 milyon dollar yardım ayırıb".

Paylaş:
468

Son xəbərlər

Bütün xəbərlər