“Azərbaycan-Fransa münasibətlərinin mövcud durumu son 30 ildə ən aşağı səviyyədədir” | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycan-Fransa münasibətlərinin mövcud durumu son 30 ildə ən aşağı səviyyədədir”

16:32 - 28 / 12 / 2023
“Azərbaycan-Fransa münasibətlərinin mövcud durumu son 30 ildə ən aşağı səviyyədədir”

“Azərbaycan-Fransa münasibətlərinin mövcud durumu son 30 ildə ən aşağı səviyyədədir. Münasibətlərin bu səviyyəyə enməsinə səbəb isə Azərbaycan olmayıb”.

1news.az xəbər verir ki, bunu ilin yekunlarına dair keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, vəziyyətin bura gəlib çıxmasının əsas səbəbi Fransanın Azərbaycan-Ermənistan gündəliyini Fransa-Azərbaycan gündəliyinin əsas tərkib hissəsi etməsi olub.

“Fransanın mövqeyi daima ermənipərəst olub. Fransa uzun müddət iki ölkə arasında vasitəçi rolunda olarkən öz ermənipərəstliyini məharətlə 2020-ci ilə qədər gizlədə bilib. 2020-ci ildən sonra isə Fransa öz mövqeyini açıq nümayiş etdirib. İlk zərbələr iki ölkə münasibətlərinə o zaman dəyməyə başladı. Daha sonradan Fransanın bu mövqeyi dəyişərək azərbayacanafob mövqeyinə qədər inkişaf edib. Son zamanlar Fransanın mövqeyi Ermənistanın mövqeyini dəstəkləməklə məhdudlaşmır. Fransa Azərbaycana qarşı bir neçə kampaniyanın müəllifidir. Biz Fransa-Azərbaycan münasibətlərinin gələcək perspektivi barədə danışarkən deməliyik ki, bu ilk növbədə Fransadan asılı olacaq”, - XİN rəhbəri vurğulayıb.

Paylaş:
395

Son xəbərlər

Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52
Bütün xəbərlər