“Qiymətləndirmə fəaliyyəti haqqında” qanun qüvvəyə minib | 1news.az | Xəbərlər
Rəsmi

“Qiymətləndirmə fəaliyyəti haqqında” qanun qüvvəyə minib

17:18 - 30 / 12 / 2023
“Qiymətləndirmə fəaliyyəti haqqında” qanun qüvvəyə minib

Prezident İlham Əliyev “Qiymətləndirmə fəaliyyəti haqqında” 8 dekabr 2023-cü il tarixli Qanunun tətbiqi barədə fərman imzalayıb.

1news.az xəbər verir ki, Nazirlər Kabineti ölkə qanunlarının və prezident aktlarının yeni qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, aşağıdakı normativ hüquqi aktları 6 ay müddətində təsdiq edib prezidentə məlumat verməlidir:

- “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 5.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, qeyri-rezident fiziki şəxslərin akkreditasiyadan keçirilməsi qaydasını və həmin şəxslərə dair tələblər;

- həmin Qanunun 17.2-ci maddəsinə uyğun olaraq, icra sənədləri əsasında aparılan qiymətləndirməyə görə xidmət haqqının yuxarı həddi;

- Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırmaqla, həmin Qanunun 23.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta təminatına və sığorta məbləğinə dair minimum tələblər;

Bundan başqa, hökumət bir ay müddətində həmin Qanunun 6.2-ci maddəsinin üçüncü cümləsinə və 6.6-cı maddəsinə uyğun olaraq, ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini, habelə ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi qaydalarını təsdiq edib dövlət başçısına məlumat verməli, həmin Qanunun 27.1.1-ci maddəsinə uyğun olaraq, Qiymətləndiricilər Palatasını təsis etmək hüququ olan şəxslərin müəyyən edilməsi, təsis yığıncağının hazırlanmasının və keçirilməsinin təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyindən 3 nəfər və Maliyyə Nazirliyindən 2 nəfər nümayəndə daxil olmaqla, 5 üzvdən ibarət təşkilat komitəsinin yaradılmasını təmin etməli, həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

“Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun tətbiqi ilə bağlı qəbul ediləcək prezident aktları, Nazirlər Kabinetinin normativ hüquqi aktları həmin Qanunun müvafiq maddələrinin qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minə bilməz. Qanunların layihələri hazırlanarkən həmin Qanunun müvafiq maddələrinin qüvvəyəminmə tarixi nəzərə alınmalıdır.

Paylaş:
460

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər