Qazaxda avtomobillər toqquşub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxda avtomobillər toqquşub

15:05 - 03 / 02 / 2024
Qazaxda avtomobillər toqquşub

Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Qazax şəhərində, yanacaqdoldurma məntəqələrinin birinin yaxınlığında qeydə alınıb.

Belə ki, "VAZ" markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində 1997-ci il təvəllüdlü S.Qocayev, 1994-cü il təvəllüdlü G.Orucov, 2001-ci il təvəllüdlü H.Əliyev və 2000-ci il E.Kərimov xəsarət alıblar.

Zərərçəkənlər Qazax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
328

Son xəbərlər

Bütün xəbərlər