Muxtar Babayev səsvermə hüququndan istifadə edib | 1news.az | Xəbərlər
Siyasət

Muxtar Babayev səsvermə hüququndan istifadə edib

14:59 - 07 / 02 / 2024
Muxtar Babayev səsvermə hüququndan istifadə edib

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

1news.az "Report"a istinadən xəbər verir ki, nazir 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 36 saylı məntəqəsində səs verib.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özləri tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev mübarizə aparır.

Paylaş:
256

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər