Məzahir Pənahov: “İstənilən ölkədən seçkinin gedişatını müşahidə etmk mümkündür”
“1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Baş verən prosesləri kameralarla izləmək mümkün olacaq. Dünyanın istənilən ölkəsindən sistemə daxil olaraq seçkinin gedişatını müşahidə etmk mümkündür”.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Azərbaycanda KİV tərəfindən müşahidələrin aparılması üçün heç bir qurumda akrreditasiyadan keçməyə ehtiyac yoxdur: “Mətbuat nümayəndələri öz qurumlarının vəsiqəsi ilə seçki prosesini izləyə bilərlər.
Həmçinin prosesi izləmək üçün beynəlxalq müşahidəçilər də qeydiyyatdan keçib. Onlar da prosesi müşahidə edə biləcəklər.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Artıq işğaldan azad olunmuş ərazilərdə 26 məntəqədə 23 min seçici səs verəcək.
Seçki prosesi müddətində 4 qurum exit-poll keçirəcək və nəticələr ictimaiyyətə çatdırılacaq”.