Laçında seçici fəallığı müşahidə olunur - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Laçında seçici fəallığı müşahidə olunur - FOTO

09:40 - 07 / 02 / 2024
Laçında seçici fəallığı müşahidə olunur - FOTO

İşğaldan azad olunmuş Laçın şəhərindəki 105 saylı seçki məntəqəsində seçici fəallığı müşahidə olunur.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Laçın şəhərində ümumilikdə 5 seçki məntəqəsi fəaliyyət göstərir.

Bunlardan 3-ü şəhərin mərkəzində, digər 2 məntəqə isə Zabux və Qorçu kəndlərindədir. 105 saylı seçki məntəqəsi üzrə 1493 seçici var. Həmçinin məntəqə üzrə 2 nəfər ilk dəfə səs verəcək. Seçki prosesini 12 müşahidəçi izləyir.

Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.

Paylaş:
446

Son xəbərlər

Bütün xəbərlər