İlham Əliyev MDB-nin Baş katibini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev MDB-nin Baş katibini qəbul edib - YENİLƏNİB

13:11 - 08 / 02 / 2024
İlham Əliyev MDB-nin Baş katibini qəbul edib - YENİLƏNİB

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevi qəbul edib.

1news.az xəbər verir ki, Sergey Lebedev Prezident İlham Əliyevə seçkilərdə inamlı qələbə münasibətilə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı Sergey Lebedevə və MDB müşahidə missiyasının bütün üzvlərinə bu seçkiləri müşahidə etdiklərinə görə təşəkkürünü bildirdi, MDB müşahidə missiyasının Azərbaycanda bu və daha əvvəlki seçkilərdə də müşahidələrdə fəal şəkildə iştirak etdiyini vurğuladı.

Sergey Lebedev qeyd etdi ki, Azərbaycanda seçki prosesini müşahidə etmək onlar üçün böyük şərəf və eyni zamanda məsuliyyətdir. Vurğuladı ki, bu, Azərbaycan xalqı üçün tarixi bir gün və tarixi seçkilər idi. Ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, regionda uzunmüddətli və davamlı sülh üçün yaxşı imkanların yarandığını deyən qonaq bu seçki prosesində sadə insanlarla, seçicilərlə, müşahidəçilərlə geniş söhbətlərinin olduğunu, Azərbaycan xalqının bu seçkilərdə xüsusi rəğbət hissi ilə öz seçki hüququndan istifadə etdiklərini bildirdi.

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Azərbaycan xalqının ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunandan sonra ilk dəfə seçkilərin keçirilməsi prosesində iştirak etdiyini dedi, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmasını və həmin ərazilərdə seçki hüquqlarından istifadə etdiklərini vurğuladı.

Sergey Lebedev MDB müşahidə missiyasının 170-ə yaxın müşahidəçi ilə seçki prosesində təmsil olunduğunu dedi. Qonaq hər bir seçkinin ölkələrin qanunverciiliyinə uyğun və Seçki Məcəlləsi əsasında keçirilməli olduğunu qeyd etdi və bu seçkilərin də Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun qaydada açıq, demokratik şəkildə təşkil olunduğunu bildirdi.

Baş katib bu gün mətbuat konfransı keçirəcəklərini və seçki müşahidə missiyasının fəaliyyəti haqqında hesabatlarını geniş ictimaiyyətə təqdim edəcəklərini dedi.

Dövlətimizin başçısı seçkilərin ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində, o cümlədən Xankəndidə, Şuşada və digər rayonlarda keçirildiyini qeyd edərək bunun Azərbaycan xalqı üçün xüsusi tarixi əhəmiyyət daşıdığını vurğuladı.

Keçmiş məcburi köçkünlərin artıq bir hissəsinin işğaldan azad olunmuş ərazilərə qaytarıldığını və bunun üçün Böyük Qayıdış Proqramı əsasında məcburi köçkünlərin geri qayıdışına dair layihələrin icra edildiyini deyən Prezident İlham Əliyev birinci mərhələnin 2026-cı ildə başa çatdırılacağını, bundan sonrakı mərhələlərdə də məcburi köçkünlərin geri qayıtmalarının təmin olunacağını diqqətə çatdırdı.

Söhbət zamanı MDB-nin aidiyyəti strukturları ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə də toxunuldu, Azərbaycanın MDB çərçivəsində əlaqələrə və müzakirələrə töhfə verdiyi, MDB ölkələri arasında siyasi, mədəni, iqtisadi və digər sahələrdə əməkdaşlıq layihələri barədə fikir mübadiləsi aparıldı.

11:06

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevi qəbul edib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş:
604

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər