Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
1news.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Zati-alinizi yenidən Prezident seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Sizin liderliyinizlə Can Azərbaycanda rifahın yüksəlməsinə, bölgəmizdə sülhün və sabitliyin möhkəmlənməsinə nüfuzlu təsirinizin davam edəcəyinə əminik.
Cümhuriyyət Xalq Partiyası olaraq Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi üçün “Bir millət, iki dövlət” prinsipi çərçivəsində dəstəyimizin və səylərimizin davam etdirilməsi istiqamətində qətiyyətimizi xüsusilə vurğulamaq istəyirəm.
Fürsətdən istifadə edərək Sizə ən xoş arzularımızı çatdırıram. Xalqlarımız arasındakı qardaşlıq və dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminəm".