Qobuda sahibsiz itlərin hücum etdiyi azyaşlının vəziyyəti açıqlanıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Qobuda sahibsiz itlərin hücum etdiyi azyaşlının vəziyyəti açıqlanıb - YENİLƏNİB

12:58 - 04 / 03 / 2024
Qobuda sahibsiz itlərin hücum etdiyi azyaşlının vəziyyəti açıqlanıb - YENİLƏNİB

Qobuda sahibsiz itlərin hücum etdiyi azyaşlının vəziyyəti açıqlanıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin uşaq cərrahı Fuad Məmmədov bildirib ki, azyaşlı xəstəxanaya gətirildiyində ağır şok vəziyyətində idi:

"Verilən məlumata görə uşaq 3 it tərəfindən hücuma məruz qalıb. Vücudunun demək olar, hər yerində dişlənmiş, dəlinmiş, əzilmiş yara izləri var idi. Xəstəyə təcili yardımda beynəlxalq protokollara əsasən təcili müdaxilə edilib. Xəstə xəstəxanaya gətiriləndən sonra təcili şəkildə əməliyyata çıxarılaraq reanimasyon tədbirlər icra edilib və əməliyyata başlanılıb. Xəstəyə cərrahi olaraq bu tip yaralarda gərəkli olan, protokola əsasən cərrahi müdaxilə edilib. Xəstə əməliyyat sonrası reanimasiya şöbəmizə yerləşdirilib. Burada xəstəyə beynəlxalq protokollara uyğun formada nə lazımdırsa, edilir".

“Hazırda xəstənin vəziyyəti ağırdır və palataya nə zaman köçürülməsi və ya yenidən əməliyyat olunması bağlı öncədən proqnoz vermək hələ tezdir”, - deyə həkim qeyd edib.

11:30

Sosial şəbəkələrdə Qobu qəsəbəsində sahibsiz itin azyaşlıya xəsarət yetirməsi ilə bağlı görüntülər yayılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev bildirib ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb. Sahibsiz it 2014-cü il təvəllüdlü azyaşlıya hücum edərək ona xəsarət yetirib. Uşaq xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən isə bildirilib ki, martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Paylaş:
339

Son xəbərlər

Şamaxıda narkokuryer tutuldu26 / 07 / 2024, 17:48MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək26 / 07 / 2024, 17:40Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib26 / 07 / 2024, 17:27Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub26 / 07 / 2024, 17:24AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı26 / 07 / 2024, 17:08Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib26 / 07 / 2024, 17:05PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib - FOTO26 / 07 / 2024, 17:00Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb26 / 07 / 2024, 16:49Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiqləndi26 / 07 / 2024, 16:41Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur - FOTO26 / 07 / 2024, 16:37Şimşək, yağış, 33 dərəcə isti - Faktiki hava26 / 07 / 2024, 16:29Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib26 / 07 / 2024, 16:23İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib26 / 07 / 2024, 16:15Milli Hidrometeorologiya Xidməti gözlənilən güclü küləkli hava şəraiti və sel təhlükəsi ilə bağlı çağırış edib26 / 07 / 2024, 16:01Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir26 / 07 / 2024, 15:53Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb26 / 07 / 2024, 15:45Təqaüdündən yığdığı 6600 manatla tur paketi aldı, aldadıldı - Şirkət və DİN-dən reaksiya26 / 07 / 2024, 14:38SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi26 / 07 / 2024, 14:35Mərkəzi Bank “Naxçıvanbank”da hesabı olanlara müraciət etdi26 / 07 / 2024, 14:29Qaxda Kürmükçaydan sel keçir26 / 07 / 2024, 14:26
Bütün xəbərlər