Muxtar Babayev BƏƏ-nin icma inkişafı naziri ilə COP29-a hazırlığı müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Muxtar Babayev BƏƏ-nin icma inkişafı naziri ilə COP29-a hazırlığı müzakirə edib

14:04 - 08 / 03 / 2024
Muxtar Babayev BƏƏ-nin icma inkişafı naziri ilə COP29-a hazırlığı müzakirə edib

Azərbaycanda səfərdə olan COP28-in "Gənc İqlim Çempionu", Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) icma inkişafı naziri Şarma Al Mazrui ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin görüşü olub.

Bu barədə 1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova da görüşdə iştirak edib.

Paylaş:
293

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər