Tokayev Bakıda şəhidlərin xatirəsini anıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Tokayev Bakıda şəhidlərin xatirəsini anıb - FOTO

16:15 - 11 / 03 / 2024
Tokayev Bakıda şəhidlərin xatirəsini anıb - FOTO

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Şəhidlər xiyabanını ziyarət edib.

1news.az xəbər verir ki, Prezident Kasım-Jomart Tokayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Paylaş:
291

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər