Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Gürcüstana gedib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Gürcüstana gedib

16:24 - 12 / 03 / 2024
Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Gürcüstana gedib

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Gürcüstanda səfərdədir.

1news.az APA-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) yayıb.

Bildirilib ki, Ramil Usubov Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın daxili işlər naziri, Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Vaxtanq Qomelauri ilə görüşüb. Məlumata görə, tərəflər iki ölkənin aidiyyəti orqanları arasında təhlükəsizlk sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Söhbət zamanı həmçinin regionda cari hadisələr və təhlükəsizlik sahəsindəki məsələlərə də toxunulub.

Paylaş:
352

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər