“Qərəz bülbülü” Solovyovun anti-Azərbaycan “cəh-cəhi” | 1news.az | Xəbərlər
Siyasət

“Qərəz bülbülü” Solovyovun anti-Azərbaycan “cəh-cəhi”

16:58 - 27 / 03 / 2024
“Qərəz bülbülü” Solovyovun anti-Azərbaycan “cəh-cəhi”

Xəbər verildiyi kimi, bir neçə gün öncə Moskvada - “Crocus City Hall” konsert zalında terror törədildi və nəticədə xeyli sayda günahsız insan həlak oldu.

Hazırda hadisə ilə bağlı istər Rusiyada, istərsə də beynəlxalq səviyyədə rəylər verilir, media olayı gündəmdə saxlayır. Eyni zamanda, onlarla insanın ölümünə səbəb olmuş terror aktı ilə bağlı yayılmış informasiyalara həssas yanaşılması da ağlabatandır. Amma məsələ ilə bağlı cılız ambisiyalardan çıxış edənlər, gündəmə gəlməyə çalışanlar da yox deyil. Onlardan biri də anti-Azərbaycan mövqeyi ilə seçilən, erməni lobbisinin maraqlarına oynayan jurnalist Vladimir Slovyovdur.

Məşum terror aktı, faktlardan çıxış etməli olan həmin “media” nümayəndəsinə qərəz püskürməyə yeni fürsət verib. O, hadisə barədə cəfəng mülahizələri ilə ölkəmizə qarşı informasiya təxribatı aparır. Halbuki, terrorun və terrorçunun heç bir milli və dini mənsubiyyəti yoxdur. Bununla yanaşı, terrorda şübhəli bilinənlər də saxlanılıblar.

“Qərəz bülbülü” olan Solovyovun haqqında danışılan terror aktından yararlanmağa çalışaraq ölkəmizi hədəfə alması, əslində, kimsəni təəccübləndirməməlidir. İstər İkinci Qarabağ savaşında, istərsə də ondan sonra bu şəxsin erməni diasporunun mənsubları ilə eyni tezislərdən çıxış etməsi, rusiyalı erməni jurnalist Marqarita Simonyan və erməni media maqnatı Aram Qabrielyanovla sövdələşmələrinin nəticəsi kimi anlaşılmalıdır.

Bu adam şəxsi maraqlarını güdərək Rusiyada milli zəmində münaqişəyə, anti-Azərbaycan əhval-ruhiyyə yaratmağa cəhd edir. Bu isə Rusiya və Azərbaycanın maraqlarına daban-dabana ziddir. Bu adam ermənilərlə işbirliyinə o qədər hərisliklə girişib ki, Rusiya xalqının və dövlətinin mənafeyini, ictimai rəyini belə satmağa hazır olduğunu gizlədə bilmir. Bununla belə, Solovyov “açılmış kart”dır, onun kimilərinin hansı maraqlara işləməsi Rusiya dairələrinə və publikasına da məlumdur və yəqin ki, “cəh-cəhi” çox ötməyəcək…

İlkin Ağayev

Paylaş:
352

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər