Konqo Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Konqo Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - YENİLƏNİB

17:16 - 03 / 04 / 2024
Konqo Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - YENİLƏNİB

Azərbaycanda rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Şəhidlər xiyabanını ziyarət edib.

1news.az xəbər verir ki, Prezident Deni Sassu-Nqesso Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Paylaş:
386

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər