Ceyhun Bayramov Misirin YUNESKO-nun baş direktoru vəzifəsinə namizədi ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Misirin YUNESKO-nun baş direktoru vəzifəsinə namizədi ilə görüşüb

Qafar Ağayev14:37 - 13 / 04 / 2024
Ceyhun Bayramov Misirin YUNESKO-nun baş direktoru vəzifəsinə namizədi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı (YUNESKO) baş direktoru vəzifəsinə Misirin namizədi Xalid El-Enanini qəbul edib.

XİN-dən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və YUNESKO arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər və ölkəmizin mövqeyi, Azərbaycanın irəli sürdüyü təşəbbüslər, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov Azərbaycanın YUNESKO-ya üzv olduğu tarixdən etibarən təşkilatın fəaliyyətinə, o cümlədən mədəniyyətlərarası dialoqun inkişafına və təşviqinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb, “Bakı Prosesi”, təhsil və humanitar sahələrdə irəli sürülmüş təşəbbüslərin əhəmiyyəti vurğulanıb. Misirin namizədinin seçki proqramında nəzərə alması məqsədəuyğun hesab edilən məsələlər barədə tövsiyələrimiz təqdim edilib.

Nazir həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Azərbaycan ərazilərinin işğalı faktı, post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən ölkəmizin mədəni irsinin məhv edilməsindən bəhs edib. Ermənistanın törətdiyi dağıntıların YUNESKO missiyası tərəfindən qeydə alınması və ərazilərimizə səfərin təşkil edilməsi məqsədilə 20 ildən artıq bir müddət ərzində tərəfimizdən YUNESKO-ya çağırışlar edilməsinə baxmayaraq, Ermənistanın missiyaya mane olduğu, bu faktın YUNESKO-nun 2005-ci il tarixli hesabatında qeyd alındığı bildirilib.

Paylaş:
292

Son xəbərlər

Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37
Bütün xəbərlər