İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Qafar Ağayev12:18 - 22 / 04 / 2024
İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 21-də keçirilmiş buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.

DİM-dən 1news.az-a bildirilib ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Paylaş:
274

Son xəbərlər

Bütün xəbərlər