Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir

20:33 - 23 / 04 / 2024
Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir

“Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixinin ən şanlı səhifələrini yazır. Qazax rayonunun Ermənistanın işğalı altında dörd kəndinin dinc yolla, qan tökülmədən geri qaytarılması da növbəti zəfərimizdir”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsindən başlayaraq bu il aprelin 19-na kimi qət edilən yolu hansısa bir dövrün uğurları ilə müqayisə etmək mümkün deyil. Azərbaycan tarixində heç vaxt indiki qədər güclü olmayıb. Bu reallığı şərtləndirən amillər mövcuddur. Azərbaycan dövləti son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük tarixi uğurlara imza atıb. Ölkəmizin başçısı Azərbaycanı güclü dövlətə çevirib, ərazi bütövlüyünü və suverenliyini bərpa edib, torpaqlarımızı kənd-kənd, şəhər-şəhər geri qaytarıb. Bu proseslər Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması, ölkəmizin ərazisində heç bir xarici qüvvənin olmaması ilə tamamlanır.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev dəmir iradəsi sayəsində Azərbaycanın taleyi ilə bağlı qurulan bütün kənar mənfi ssenariləri alt-üst etdi. Bu gün hamı bu iradə ilə hesablaşır. Prezident İlham Əliyev Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb. Hazırda Azərbaycan Cənubi Qafqazın güclü və lider dövlətidir. Azərbaycan və Ermənistanın sərhədlərin delimatisiyası üzrə hazırkı razılıq isə sülhə doğru mühüm addımdır.

Sevinc Fətəliyeva qeyd edib ki, əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Növbəti mərhələlərdə görüləcək işlərlə bağlı isə yeni görüşlər planlaşdırılır. İlkin mərhələdə qeyri-anklav kəndlərin məsələsinin həllinin ön plana çıxarılması ölkəmizin bu məsələdəki açıq mövqeyinə bir daha işıq salmış oldu. Əvvəlki görüşlərdə qarşı tərəfin bəzi hallarda qeyri-adekvat mövqe sərgiləməsinə baxmayaraq, ölkəmiz qəti şəkildə birmənalı yanaşmasını ortaya qoymuş oldu - Azərbaycan öz torpaqlarını güzəştə getməyəcəyini və sona qədər bu məsələnin həllinə nail olacağını bütün təmaslar zamanı dilə gətirdi. Ölkəmizin məsələyə baxışı tam şəkildə beynəlxalq hüquqa əsaslanır - bu mənada, Ermənistanın razılığa gəlməkdən başqa hər hansı bir şansı yox idi.

“Bütövlükdə, Ermənistan ilə Azərbaycanın bu məsələdə razılığa gəlməsi bir reallığı növbəti dəfə təsdiqlədi. Bölgənin sabitliyinə təhdid yaratmağa çalışan qüvvələrin apardıqları yalan təbliğat bütün detalları ilə ifşa olundu. Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması, Ermənistan ərazisində hərbi hədəflərin olmasına dair Fransa və digər Qərb dövlətlərinin təbliğatı növbəti dəfə iflasa uğradı. Azərbaycan artıq uzun müddət idi ki, həm bütün dünyaya, həm də qarşı tərəfə izah edirdi ki, tərəflər arasında sülh prosesində kənar vasitəçilərə ehtiyac yoxdur. Problemləri Azərbaycan və Ermənistan birbaşa dialoq yolu ilə həll edə bilər. Halbuki, ABŞ, Aİ kimi vasitəçilik adı altında prosesə müdaxilə etmək istəyənlər məqsədlərinə nail olmadı. Bu ilin fevralında andiçmə mərasimindəki çıxışında Prezident İlham Əliyev vurğulamışdı ki, artıq proses iki dövlət arasında həll edilməlidir. Delimitasiya komissiyalarının görüşü, əldə olunan razılıq, gəlinən qənaət isə bir daha onu təsdiq edir ki, Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində ortaq məxrəcə gəlib məsələni həll etmək iqtidarındadırlar. Qərb dairələri isə korporativ maraqlar ilə prosesə müdaxilə etmək istəyənlər isə yalnız maneə və ziyan vura bilər. Bu fakt onu göstərir ki, bəzi Qərb dövlətləri nə qədər prosesdən kənar dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq o qədər tez təmin olunacaq. Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə əldə etdiyi razılıq isə sülh yolunda tarixi addımdır. Tərəflər birbaşa dialoq vasitəsilə qısa zamanda sülh sazişi imzalaya bilər. Bu məqsədə çatmaq üçün Ermənistan üçüncü qüvvələrin diqtəsi ilə hərəkət etməməlidir”,-deyə deputat vurğulayıb.

Paylaş:
249

Son xəbərlər

ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49
Bütün xəbərlər