“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib | 1news.az | Xəbərlər
Futbol

“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib

Qafar Ağayev17:45 - 16 / 05 / 2024
“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz” klubunun futbolçu Roderik Millerlə bağlı şikayətin təmin etməyib.

1news.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

AFFA İntizam Komitəsinin (İK) oyunçu ilə bağlı qərarı qüvvədə saxlanılıb. İK "Zirə"yə (1:2) uduzduqları oyunda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan müdafiəçini 4 oyunluq cəzalandırmışdı.

Tovuz klubuna isə 3000 manat cərimə kəsilmişdi.

Paylaş:
2335

Son xəbərlər

Bütün xəbərlər