Azərbaycan millisinin beynəlxalq yoldaşlıq görüşləri üçün hazırlıq proqramı müəyyənləşib | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan millisinin beynəlxalq yoldaşlıq görüşləri üçün hazırlıq proqramı müəyyənləşib

Qafar Ağayev14:08 - 22 / 05 / 2024
Azərbaycan millisinin beynəlxalq yoldaşlıq görüşləri üçün hazırlıq proqramı müəyyənləşib

Azərbaycanın futbol millisinin Albaniya və Qazaxıstanla keçirəcəyi beynəlxalq yoldaşlıq görüşləri üçün hazırlıq proqramı müəyyənləşib.

AFFA-nın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, yığma səfər öncəsi Bakıda 5 məşqə çıxacaq.

Məşqlər mayın 30-u, 31-i, iyunun 1-i, 3-ü və 4-də Bakı Olimpiya Stadionunda gerçəkləşəcək. İyunun 5-də isə komanda Avstriyaya yollanacaq.

Bundan bir gün sonra baş məşqçinin oyunöncəsi mətbuat konfransı və komandanın məşqi baş tutacaq. Millimiz iyunun 7-də Albaniya ilə matça çıxacaq. Ayın 9-10-da yenidən məşqlərə başlayacaq komanda 11-də Qazaxıstanla qarşılaşacaq.

Hər iki görüş Macarıstanda keçiriləcək. Yığma Vətənə iyunun 12-də qayıdacaq.

Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçi vəzifəsini Arif Əsədov icra edir.

Paylaş:
2299

Son xəbərlər

Ağcabədidə yol qəzası olub

01 / 04 / 2025, 16:09
Bütün xəbərlər