San-Marinonun Kapitan-Regentləri Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

San-Marinonun Kapitan-Regentləri Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

14:28 - 27 / 05 / 2024
San-Marinonun Kapitan-Regentləri Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

San-Marino Respublikasının Kapitan-Regentləri Alessandro Rossi və Milena Qasperoni Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1news.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi, ən xoş arzularımızı çatdırırıq.Bu əlamətdar gündə Zati-alinizə ən yüksək ehtiramımızı bildirir, uğurlar diləyir, Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzu edirik".

Paylaş:
257

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər