Suad Qara üzr istədi: Mədəni dəyərlərimizə hər zaman böyük hörmətlə yanaşmışam | 1news.az | Xəbərlər
Cəmiyyət

Suad Qara üzr istədi: Mədəni dəyərlərimizə hər zaman böyük hörmətlə yanaşmışam

Qafar Ağayev16:25 - Bu gün
Suad Qara üzr istədi: Mədəni dəyərlərimizə hər zaman böyük hörmətlə yanaşmışam

Bakı Beynəlxalq Kino Festivalının proqramından çıxarılan və senzuranı keçə bilməyən ‘Məhsəti’ filminin rejissoru Suad Qara rəsmi Instagram səhifəsində paylaşım edərək üzr istəyib.

1news.az xəbər verir ki, bildirir ki, Suada Qarayeva sosial şəbəkə hesabında bu barədə qeyd edib:

“Azərbaycanın bir vətəndaşı olaraq, ölkəmə, xalqimıza və bizim mədəni dəyərlərimizə hər zaman böyük hörmət və dərin bağlılıqla yanaşmışam. Qısametrajlı filmimlə bağlı son paylaşımım heç vaxt tənqid məqsədi daşımayıb, sadəcə emosional, şəxsi bir düşüncə idi.
Sözlərimin niyyətimdən fərqli şəkildə başa düşülməsindən səmimi qəlbdən təəssüf edirəm və bundan təsirlənmiş və ya incimis ola biləcək hər kəsdən üzr istəyirəm.

Dəyərlərimə, ölkəmə, xalqımıza və mədəniyyətimizə olan sarsılmaz bağlılığım hər zaman mənimlədir”.

Xatırladaq ki, Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura rejissori və ssenari müəllifi Suad Qarayeva olan “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoymuşdu.
Məlum olub ki, filmdə 12-ci əsrdə yaşamış azərbaycanlı şairə Məhsəti Gəncəvi əxlaqsız qadın kimi təqdim edilib. Ekran əsərində Məhsəti Gəncəvi dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır. Film Azərbaycan ictimaiyyətində sərt tənqidlə qarşılanmışdı.

Onu da qeyd edək ki, bu ilin mayında aktrisa Fərqanə Abdullanın rol aldığı “Məhsəti” filminin premyerası Kaliforniyada keçirilən “Mammoth Lakes” Beynəlxalq Film Festivalında baş tutub.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər