AMB və IMF pul siyasəti hədəflərinə nail olunmasını müzakirə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında pul siyasəti hədəflərinə nail olunmasını müzakirə edilib.
1news.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"IMF-in Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordon ilə görüşərək ölkəmizdə makroiqtisadi göstəriciləri və inkişaf perspektivlərini müzakirə etdik. Görüşdə pul siyasəti hədəflərinə nail olunması vəziyyəti, bu siyasətin transmissiyasının yaxşılaşdırılması, pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi apardıq, həmçinin gələcək əməkdaşlıq və texniki yardım istiqamətləri ilə bağlı fikirlərimizi bölüşdük", - deyə o qeyd edib.
235