Lerikdə 4 tondan çox xaş-xaş kolu məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Lerikdə 4 tondan çox xaş-xaş kolu məhv edilib

Qafar Ağayev10:51 - 17 / 06 / 2024
Lerikdə 4 tondan çox xaş-xaş kolu məhv edilib

Lerik rayonunun Orand kəndi ərazisində yabanı halda bitən 4 tondan çox xaş-xaş kolu məhv edilib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qurupundan məlumat verilib.

Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 4 tondan artıq olan 16 286 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.

Paylaş:
330

Son xəbərlər

Bütün xəbərlər