"iPhone Duo" modellərində ekran problemi yaranıb | 1news.az | Xəbərlər
Dünya

"iPhone Duo" modellərində ekran problemi yaranıb

1news Redaksiyası14:54 - Bu gün
"iPhone Duo" modellərində ekran problemi yaranıb

"Apple" şirkətinin yeni qatlanan "iPhone Duo" smartfonlarının istifadəçiləri daxili menteşə mexanizmindəki problemlərlə əlaqəli ekran çatlarından şikayət edirlər.

1news.az xəbər verir ki, əksər hallarda ekranın qatlanma xətti boyunca parlaq piksellərdən ibarət zolaq yaranır.

Avstraliyada cihazı satın alan istifadəçilərdən biri smartfonun alışdan təxminən altı saat sonra sıradan çıxdığını bildirib. Onun sözlərinə görə, həmin müddət ərzində cihazı 20 dəfədən az açıb-bağlamağa macal tapıb.

Oxşar hallar Çində nümayiş məqsədilə istifadə olunan cihazlarda da qeydə alınıb.

Problemin nə qədər geniş yayıldığı hələlik məlum deyil.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər