Metrodakı havasızlıq, istidən ürəyi gedənlər... - Yeni qatarlarda niyə kondisioner işləmir? - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Metrodakı havasızlıq, istidən ürəyi gedənlər... - Yeni qatarlarda niyə kondisioner işləmir? - AÇIQLAMA

Ayşən İsmayılova16:34 - 06 / 08 / 2024
Metrodakı havasızlıq, istidən ürəyi gedənlər... - Yeni qatarlarda niyə kondisioner işləmir? - AÇIQLAMA

“Bakı metrosunda sərnişinin halı pisləşib, qatar yubanıb”.

Bu qəbildən xəbərlərə artıq Bakı metrosu da, sərnişinlər də çoxdan öyrəşiblər. İnsanlar şikayət etməkdən usansalar da, yenə də köhnə hamam, köhnə tas. Köhnə demişkən, metro ilə bağlı qara bağrı ağ olmayan sərnişinlərin ən çox gileyləndiyi problemlərdən biri də köhnə qatarlardır. Bir yandan isti, bir yandan havasızlıq, bir yandan da kondisioneri olmayan qatarlar. Haqlı olaraq istidən boğula-boğula yol getmək istəməyən sərnişinlərin gözləri yeni qatar gələndə sevinclə parlasa da, bu işıq qatar onlara qucaq açar-açmaz sönüb gedir. Çünki qapılar açılan kimi kondisioneri işləməyən qatarın hərarəti insanları elə bihuş edir ki, gəl görəsən.

Bəs bu nə vaxtadək davam edəcək? Qatarlarda temperatur niyə yüksək olur? Həqiqətən də, yeni qatarlarda kondisioner işləmir? Xəstələrin, uşaq və qocaların metrodan istifadəsi niyə müşkül məsələyə çevrilib?

Məsələ ilə bağlı 1news.az-ın sullarını cavablandıran “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov insanların narazılığına səbəb olan problemlərdən bəhs edib:

“Qatarları mütləq 2 qrupa bölmək lazımdır: kondisionerli və kondisionersiz qatarlar. Bizə daxil olan şikayətlərin böyük əksəriyyətini araşdıranda məlum olur ki, söhbət köhnə qatarlardan gedir. Onlarda texniki cəhətdən kondisionerlərin quraşdırılması mümkün deyil. Köhnə nəsil qatara kondisionerin quraşdırılması yeni nəsil qatarın istehsalına bərabərdir.

Bu gün “Bakı Metropoliteni”ndə 23 yeni nəsil qatar var. Bu sistemlərin işlək vəziyyətdə olması ilboyu diqqət mərkəzindədir. Ümumiyyətlə kondisioner sistemi avtomatik rejimdə çalışır. Yəni yay və qışdan asılı olmayaraq havanın hərarəti, çirkliliyi, oksigenin miqdarı və digər məsələlərə uyğun olaraq özünü avtomatik tənzimləyən sistemlərdən ibarətdir. Hər bir qatar metro xəttində 12-20 saat işləyir. Bu müddət ərzində fəaliyyətini bitirəndən sonra normativlərə görə mütləq depoya göndərilməlidir. Orada mütləq qaydada kondisioner sisteminə baxış keçirilir. İstər bizim apardığımız monitorinq, istərsə də sərnişinlərin müraciəti əsasında nöqsan, nasaslıq aşkar edilsə, həmin qatar mütləq xəttdən çıxarılır. Sadəcə bizim yaşıl və qırmızı xəttlərimizin problemi odur ki, yalnız bir depomuz var və bütün qatarlar “Nərimanov” elektrik deposuna çıxır. Bir nöqsan varsa, həmin qatar mütləq elektrik deposuna çıxarılmalıdır. Çünki salon daxilində müvafiq qaydada həmin hissələr açılıb yoxlanmalıdır. Buna görə də qatar xəttə dövrə vurub bitirməmiş ona xəttən çıxara bilmirik. Bu halda problemi sərnişinlər hiss edə bilirlər.

Belə olduqda filan qatarın filanıncı vaqonunda kondisionerlə bağlı problem var. Dərhal aidiyyəti üzrə məlumat verilir və həmin qatara monitorinq qrupu baxış keçirəndən sonra qatar depoya göndərilir”.

B.Məmmədov metronun havalandırmasının zəifliyi və içəridə bürkü hökm sürməsi ilə bağlı şikayətlərə də aydınlıq gətirib:

“Bütün stansiya və tunellərdə olan ventilyatorların dövrün tələblərinə uyğun olaraq yenilənməsi mümkün deyil. Amma bu işdə müəyyən irəliləyişlər var. 2018-ci ildən bu günə qədər ventilyatorların iş rejimi fəsillərə uyğun şəkildə dəyişdirilib. Bundan əlavə, təbii havalandırma üçün xüsusi sistem quraşdırılıb.

Sərnişinlər istəyirlər ki, qatarlar birdən-birə yenilənsin. Amma qatar istismar müddətini başa vurmadan onu xəttən çıxarmaq olmaz. Müsbət xəbərlərdən biri odur ki, bu ilin sonuna qədər 7 qatar gətiriləcək və mərhələ ilə xəttə buraxılacaq. Onların hər biri yeni nəsil qatarlardır. Üç il ərzində isə ümumilikdə 13 qatar alınacaq. Əminəm ki, hər yeni qatar gəldikdə, problem və şikayətlərin də sayı azalacaq. Amma bunlar zaman tələb edir”.

Paylaş:
267

Son xəbərlər

Azərbaycanın daha bir idmançısı V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb09 / 09 / 2024, 17:50TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclası gələn il Azərbaycanda keçiriləcək09 / 09 / 2024, 17:37Bu yay Şahdağda 2 dəfə qar yağması qeydə alınıb09 / 09 / 2024, 17:12HHQ-də növbəti buraxılış mərasimi keçirilib09 / 09 / 2024, 17:10Azərbaycanda 8 ayda verilən güzəştli kreditlərin məbləği açıqladı09 / 09 / 2024, 16:57Məhkəmə 4 yaşlı uşağı öldürüb quyuya atan şəxslə bağlı qərar verib09 / 09 / 2024, 16:37Qazaxıstan Prezidenti İlham Əliyevə zəng edib09 / 09 / 2024, 16:36“Qarşıdakı günlərdə şikayətlərin araşdırma nəticələri MSK-nın iclasında müzakirəyə çıxarılacaq”09 / 09 / 2024, 16:28Azərbaycanın xüsusi təyinatlıları Qazaxıstanda çoxmillətli birgə təlimdə iştirak edir09 / 09 / 2024, 15:55Bakıda COP29-a hazırlıq çərçivəsində 11-ci Texniki Ekspert Dialoqu keçirilir09 / 09 / 2024, 15:27Birbank taksit kartı sahiblərinə “Trendyol”da 6 aylıq faizsiz taksit imkanı09 / 09 / 2024, 15:22Utandırıcı birincilik – Selektiv abortların qarşısı necə alınmalıdır?09 / 09 / 2024, 15:14ABB-də bank xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istifadə etmək olar09 / 09 / 2024, 15:08Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM09 / 09 / 2024, 14:58Səhiyyə Nazirliyindən əhaliyə qrip əleyhinə vaksinasiya ilə bağlı XƏBƏRDARLIQ09 / 09 / 2024, 14:49Bu gün Xalq artisti Habil Əliyevin anım günüdür09 / 09 / 2024, 14:38Azərbaycan XİN Tacikistanı Milli Günü münasibətilə təbrik edib09 / 09 / 2024, 14:14“Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilib09 / 09 / 2024, 14:07Sumqayıtda avtotəmir sexində başlayan yanğın söndürülüb09 / 09 / 2024, 13:50Sumqayıtda İran vətəndaşının kuryerliyə cəlb etdiyi şəxsdən 50 kiloqram narkotik aşkarlanıb09 / 09 / 2024, 13:38
Bütün xəbərlər