Noyabrda dövlət sərhədini pozan 27 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Noyabrda dövlət sərhədini pozan 27 nəfər saxlanılıb

09:17 - Bu gün
Noyabrda dövlət sərhədini pozan 27 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən 2025-ci ilin noyabr ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya və narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən 1news.az-a verilən məlumata görə, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 27 nəfər saxlanılıb.

Onların 7-si Azərbaycan, 12-si Pakistan, 2-si İran, 1-i Əlcəzair, 1-i Özbəkistan, 1-i Almaniya, 1-i Türkiyə, 1-i Misir, 1-i Sudan vətəndaşı оlub.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 15 nəfər saxlanılıb.

Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 586 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Qeyd edilib ki, dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər