Formula 1 yarışı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Formula 1 yarışı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

14:31 - 10 / 08 / 2024
Formula 1 yarışı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

Prezident İlham Əliyev 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.

1news.az xəbər verir ki, Sərəncama əsasən, müəyyən edilsin ki, 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2024-cü il avqustun 15-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:

2.1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;

2.2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

2.3. 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

3.1. 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;

3.2. 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2024-cü ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat versin.

Paylaş:
313

Son xəbərlər

Azərbaycanın daha bir idmançısı V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb09 / 09 / 2024, 17:50TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclası gələn il Azərbaycanda keçiriləcək09 / 09 / 2024, 17:37Bu yay Şahdağda 2 dəfə qar yağması qeydə alınıb09 / 09 / 2024, 17:12HHQ-də növbəti buraxılış mərasimi keçirilib09 / 09 / 2024, 17:10Azərbaycanda 8 ayda verilən güzəştli kreditlərin məbləği açıqladı09 / 09 / 2024, 16:57Məhkəmə 4 yaşlı uşağı öldürüb quyuya atan şəxslə bağlı qərar verib09 / 09 / 2024, 16:37Qazaxıstan Prezidenti İlham Əliyevə zəng edib09 / 09 / 2024, 16:36“Qarşıdakı günlərdə şikayətlərin araşdırma nəticələri MSK-nın iclasında müzakirəyə çıxarılacaq”09 / 09 / 2024, 16:28Azərbaycanın xüsusi təyinatlıları Qazaxıstanda çoxmillətli birgə təlimdə iştirak edir09 / 09 / 2024, 15:55Bakıda COP29-a hazırlıq çərçivəsində 11-ci Texniki Ekspert Dialoqu keçirilir09 / 09 / 2024, 15:27Birbank taksit kartı sahiblərinə “Trendyol”da 6 aylıq faizsiz taksit imkanı09 / 09 / 2024, 15:22Utandırıcı birincilik – Selektiv abortların qarşısı necə alınmalıdır?09 / 09 / 2024, 15:14ABB-də bank xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istifadə etmək olar09 / 09 / 2024, 15:08Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM09 / 09 / 2024, 14:58Səhiyyə Nazirliyindən əhaliyə qrip əleyhinə vaksinasiya ilə bağlı XƏBƏRDARLIQ09 / 09 / 2024, 14:49Bu gün Xalq artisti Habil Əliyevin anım günüdür09 / 09 / 2024, 14:38Azərbaycan XİN Tacikistanı Milli Günü münasibətilə təbrik edib09 / 09 / 2024, 14:14“Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilib09 / 09 / 2024, 14:07Sumqayıtda avtotəmir sexində başlayan yanğın söndürülüb09 / 09 / 2024, 13:50Sumqayıtda İran vətəndaşının kuryerliyə cəlb etdiyi şəxsdən 50 kiloqram narkotik aşkarlanıb09 / 09 / 2024, 13:38
Bütün xəbərlər