Mehriban Əliyeva Olimpiya Oyunlarının gümüş medal mükafatçısını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Mehriban Əliyeva Olimpiya Oyunlarının gümüş medal mükafatçısını təbrik edib

10:01 - 10 / 08 / 2024
Mehriban Əliyeva Olimpiya Oyunlarının gümüş medal mükafatçısını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında gümüş medal mükafatı qazanmış Azərbaycan boksçusu Alfonso Dominqesi təbrik edib.

1news.az xəbər verir ki, bu barədə birinci xanım sosial şəbəkədə yazıb:

"Boksçu – gümüş medal sahibi Alfonso Dominqesi səmimi-qəlbdən təbrik edirəm! Azərbaycanı Paris Yay Olimpiya Oyunlarında layiqincə təmsil edən idmançımıza güc, enerji, yeni qələbələr və nailiyyətlər arzulayıram!", - deyə paylaşımda qeyd edilib.

Paylaş:
459

Son xəbərlər

Bütün xəbərlər