İlyas Hüseynov: “Azərbaycan bir daha demokratik seçki nümunəsi göstərəcək”
“Milli Məclis seçkiləri kifayət qədər ədalətli, demokratik şəraitdə keçiriləcək. Seçki prosesinin ilk mərhələləri, namizədlərin qeydə alınması prosedurları bu qənaəti bir daha möhkəmləndirir”.
1news.az xəbər verir ki, Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, indiki seçkilər nəticəsində formalaşacaq yeni parlament Azərbaycanın qarşısında duran strateji hədəflərə çatmaq üçün töhvələr verəcək: “Düşünürəm ki, Azərbaycan parlamenti qanunvericilik aktlarının təkmilləşdirilməsi, yeni qanunların qəbul olunması ilə öz missiyasını yerinə yetirəcək, həm də Azərbaycan reallıqlarının dünyaya təqdimatı üçün öz potensialından maksimum yararlanacaq”.
907