Lənkəranda 104 yaşlı seçici növbədənkənar parlament seçkilərində səs verib
Lənkəranda 104 yaşlı seçici növbədənkənar parlament seçkilərində səs verib.
1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, Lənkəran rayonunun Xarxatan kənd sakini 104 yaşlı Qızvəs Mehtiyeva səhhətində problem yarandığı üçün 76 saylı Lənkəran-Masallı seçki dairəsinin 29 saylı məntəqəsinə seçki qutusunun evinə gətirilməsi üçün müraciət edib. Onun istəyinə uyğun olaraq evinə səyyar seçki qutusu gətirilib.
“İndiyə kimi bütün seçkilərdə iştirak etmişəm. Amma bu dəfə səhhətimdə yaranan problemə görə məntəqəyə gedə bilmədim. Xahiş etdim ki, daşınan seçki qutusunu evimə gətirsinlər. Layiqli namizədə səs verdim və ümid edirəm ki, bu seçim ölkəmizin gələcəyi üçün müsbət dəyişikliklərə səbəb olacaq. Seçkilərin nəticələrinin hamımız üçün xeyirli olacağına inanıram”, - deyə 104 yaşlı Qızvəs Mehtiyeva bildirib.