Belaruslu müşahidəçi: Parlament seçkiləri yüksək səviyyədə təşkil olunub | 1news.az | Xəbərlər
Siyasət

Belaruslu müşahidəçi: Parlament seçkiləri yüksək səviyyədə təşkil olunub

13:54 - 01 / 09 / 2024
Belaruslu müşahidəçi: Parlament seçkiləri yüksək səviyyədə təşkil olunub

Biz Azərbaycanda keçirilən seçkilərin təşkili səviyyəsini yüksək qiymətləndiririk.

1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, MDB Parlamentlərarası Assambleyasında (MDB PA) Belarusdan olan müşahidəçisi, bu ölkənin parlamentinin üzvü Vladimir Borovenko məlumat verib.

“Məntəqələrin necə hazırlandığı dərhal nəzərə çarpır. Hər şey ən yüksək səviyyədə təşkil olunub”, - o bildirib.

V.Borovenko onu da qeyd edib ki, digər seçki məntəqələrində olarkən də təşkilatçılığın yaxşı olduğunu müşahidə edib: “Biz artıq MDB PA-dan olan həmkarlarımızla daha 7 seçki məntəqəsində olmuşuq, ona görə də artıq müəyyən təəssüratlarımız yaranıb. Seçkilərin yüksək təşkilini, Mərkəzi Seçki Komissiyası tərəfindən aparılan hazırlıq işlərini xüsusilə qeyd etmək istərdim”.

Paylaş:
291

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər