Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib.
1news.az paylaşımı təqdim edir:
"Sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs veriblər".
251