Naxçıvanda saat 10:00-a olan seçici fəallığı 10,81 faiz təşkil edib | 1news.az | Xəbərlər
Siyasət

Naxçıvanda saat 10:00-a olan seçici fəallığı 10,81 faiz təşkil edib

11:39 - 01 / 09 / 2024
Naxçıvanda saat 10:00-a olan seçici fəallığı 10,81 faiz təşkil edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə seçici fəallığının saat 10.00-a olan göstəricisi açıqlanıb.

1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, muxtar respublika üzrə saat 10:00-a qədər 31 min 157 nəfər səs verib, seçici fəallığı isə 10,81 faiz olub

Naxçıvan Muxtar Respublikası Ali Məclis seçkilərinə saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq. Bundan əlavə, səsvermənin gedişi və nəticələri barədə saat 12:00, 15:00, 17:00 və 19:00-da ilkin məlumatlar veriləcək.

Qeyd olunub ki, muxtar respublika üzrə seçicilərin ümumi sayı 288 min 356 nəfərdir.

Paylaş:
222

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər