Leonid Anfimov: Seçkilərin şəffaf və ədalətli, qanun çərçivəsində aparılması müşahidə olunub | 1news.az | Xəbərlər
Siyasət

Leonid Anfimov: Seçkilərin şəffaf və ədalətli, qanun çərçivəsində aparılması müşahidə olunub

10:26 - 02 / 09 / 2024
Leonid Anfimov: Seçkilərin şəffaf və ədalətli, qanun çərçivəsində aparılması müşahidə olunub

Nümayəndələrimiz avqustun 13-dən etibarən müşahidə missiyasına başlayıblar.

Missiyamız MDB ölkələrinin müvafiq sərhədləri əsas tutularaq, seçkilərin şəffaf və ədalətli keçirilməsini, eyni zamanda Azərbaycan qanunvericiliyi əsasında aparılmasını müşahidə edib. Seçkilər bütün beynəlxalq prinsiplərə cavab verir. Azərbaycan Seçki Komissiyası lazım olan müvafiq tədbirləri görüb.

1news.az "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bu fikirləri Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasının rəhbəri, MDB Baş katibinin birinci müavini Leonid Anfimov növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, missiyanın tərkibinə 10 nəfər müşahidəçi daxil edilib. Onlar seçki komissiyalarının işini öyrəniblər, seçki prosesi ilə yaxından tanış olublar. Müşahidə zamanı heç bir müdaxilə hadisəsi qeydə alınmayıb.

Qeyd edək ki, sentyabrın 1-də ölkəmizin bütün suveren ərazisində VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilib. Parlament seçkilərində 990 namizəd mübarizə aparıb.

Paylaş:
293

Son xəbərlər

Bütün xəbərlər