Aygün Attar: Seçkilərdə qadınlar fəallıq göstərib | 1news.az | Xəbərlər
Siyasət

Aygün Attar: Seçkilərdə qadınlar fəallıq göstərib

11:27 - 02 / 09 / 2024
Aygün Attar: Seçkilərdə qadınlar fəallıq göstərib

Parlament seçkilərində qadın namizədlərin sayının kifayət qədər çox olması təqdirəlayiq haldır.

1news.az xəbər verir ki, bunu Azərbaycanda sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərini izləyən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar deyib.

O səsvermədə iştirak edən seçicilər arasında qadınların fəallıq göstərdiyini vurğulayıb: "Qeyd olunan hal demokratiyanın göstəricisi olmaqla yanaşı, həm də onu göstərir ki, Azərbaycanda cinsi ayrı-seçkiliyə yol verilmir. Bu, mühüm hadisədir".

Paylaş:
417

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər